İran saytından daha bir qərəzli TƏHLİL: “İranın ali rəhbəri niyə ölkəsinin şimal-qərbində hər hansı geosiyasi dəyişikliyə qarşıdır?”

2022-08-31 14:48:00

İran saytından daha bir qərəzli TƏHLİL: “İranın ali rəhbəri niyə ölkəsinin şimal-qərbində hər hansı geosiyasi dəyişikliyə qarşıdır?”

"snn.ir" adlı daha bir İran saytı Azərbaycana qarşı "siyasi qərəz" silsiləsindən yeni təhlil dərc edib. "İranın ali rəhbəri niyə ölkəsinin şimal-qərbində hər hansı geosiyasi dəyişikliyə qarşıdır?” adlı təhlildə adından da göründüyü kimi "İran liderinin Cənubi Qafqaz regionunda status-kvonun saxlanmasını vurğulamasının səbəbləri"nə toxunulur.

Yazıda deyilir:
“Qarabağ böhranı coğrafi baxımdan elə bir bölgədə baş verir ki, geosiyasi nöqteyi-nəzərdən həmişə çox əhəmiyyətli olub və regiondankənar digər aktorların cəlb olunmasına gətirib çıxarır. Qarabağ enerji nəqlində mərkəzi mövqeyinə, sivilizasiyaların qarşılaşmasına və zəngin ehtiyatlarına görə geostrateji aspektdən son dərəcə vacib sayılır.
Beynəlxalq münasibətlər üzrə iranlı espertlər Zöhrə Ərəbzadə və Mehdi Seyf Təbrizi Cənubi Qafqazda baş verən son proseslərlə bağlı İranın maraqlarını və qeyri-obyektiv yanaşmasını ortaya qoyublar: “İran rəhbəri Ayətullah Xameneyi Tehranda Rusiya və Türkiyə prezidentləri ilə görüşdə qətiyyətli çıxış edib və İranın Ermənistanla beynəlxalq sərhədlərinin siyasi və coğrafi strukturunda hər hansı bir dəyişikliyə İranın qarşı çıxdığını və icazə vermədiyini vurğulayıb.
Bunu nəzərə alaraq, İran-Ermənistan sərhəd xəttində nəzərdə tutulan milli təhlükəsizlik göstəricilərini yenidən müəyyənləşdirmək və vurğulamaq lazımdır ki, beynəlxalq münasibətlərin tendensiyalarına və yeni məsələlərə uyğun olaraq İranla Ermənistan arasındakı quru sərhədin təhlükəsizlik və iqtisadi tərəflərinin əhəmiyyəti müəyyən edilsin. Bununla da İran liderinin Cənubi Qafqaz regionunda status-kvonun saxlanmasını vurğulamasının səbəbləri aydın olsun...”

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064992