Saat:19:43
Haqqımızda

İran: “Rusiyaya dron satmamışıq”

2022-10-05 13:37:00

İran: “Rusiyaya dron satmamışıq”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, İran Ukraynada müharibədə istifadə eləməsi üçün Rusiyaya dron verdiyini inkar edib.

Bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani verib. Xinhua agentliyinin xəbərində deyilir: “İran İslam Respublikası Ukraynadakı münaqişədə istifadə eləməsi üçün Rusiyaya dronlar tədarük eldiyi barəsində mətbuatda dərc edilən xəbərləri əsassız hesab edir və bu xəbərləri təsdiqləmir”.

Avqust ayında xəbər yayılmışdı ki, Vaşinqtonun Tehrana xəbərdarlığına baxmayaraq, “İran Ukraynaya tammiqyaslı müdaxiləsi üçün Rusiyaya yüzlərlə dron göndərib”.

Bundan sonra ukraynalı hərbçilər dəfələrlə ölkənin cənub şəhərlərinə hücumlar edən İran dronlarını vurub salıblar.

Sentyabrın 23-də Ukrayna tərəfi bununla əlaqədar İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum eləməyi və ümumiyyətlə, səfirliyin diplomatik personalının sayını azaltmağı qərara alıb. Tehran Ukrayna tərəfinin qərarına eyni cür cavab verəcəyini bəyan edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR