İran Rusiyaya dron satırmı? İxracatla bağlı açıqlama

2022-08-26 14:52:00

İran Rusiyaya dron satırmı? İxracatla bağlı açıqlama

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu başqa ölkələrə silah ixrac etdiklərini bildirən bağlı açıqlama verib.

Korpusun Hava-Kosmos Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə Məşhəd şəhərindəki universitetlərdən birindəki çıxışı zamanı ötən illərlə müqayisədə böyük irəliləyiş etdiklərini, başqa ölkələrlə silah ticarəti etdiklərini bildirib. O, əvvəllər silahların böyük qismini xaricdən aldıqları halda, hazırda İranın bir çox ölkəyə dron və raket sistemləri satdıqlarını söyləyib. O, bu uğurda ali təhsil müəssisələrinin böyük rolu olduğunu qeyd eləməklə, İnqilab Keşikçilərinin bir çox universitetlərlə əməkdaşlıq elədiyi xəbərini təsdiqləmiş olub.

İran bundan əvvəl Efiopiya ilə Venesuelaya PUA satıb.

Son dövrlərdə isə ABŞ İranın Rusiyaya yüzlərlə dron satacağı xəbərini yayıb. Rusiyanın Ukraynadakı müharibədəki itkilərinin yerini doldurmaq üçün İrandan yüzlərlə dron alacağı iddia edilir. Bu xəbərlərdən sonra Tehran 150 PUA-nın iştirakı ilə təlim keçəcəyini bəyan etmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062028