İran Rusiyada PUA zavodu inşa edəcəkmi? – Tehrandan REAKSİYA

2022-11-21 14:26:00

İran Rusiyada PUA zavodu inşa edəcəkmi? – Tehrandan REAKSİYA

İran və Rusiya arasında texnoloji müdafiə sahəsində əməkdaşlığın tarixi Rusiya-Ukrayna müharibəsindən əvvələ çıxan əməkdaşlıqdır. İranı bununla bağlı ittiham etmək siyasi məqsədlərlə həyata keçirilir.

Hurriyyet.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında “Vaşinqton Post“ qəzetinin İranın Rusiyada pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu inşa etməsi ilə bağlı iddialarına cavab verərkən bildirib.

 

O, qeyd edib ki, Amerika hökumət rəsmilərinin və bu ölkənin mətbuatının Ukrayna müharibəsi ilə bağlı zaman-zaman İrana aid yazılar dərc etməsi “rəsmi Vaşinqtonun siyasi baxışları və müharibədə qızışdırıcı mövqeyini ört-basdır etmək üçün edilir”.

“Belə ölkələr münaqişənin həllinə kömək etmək əvəzinə, müharibənin bir tərəfinə silah ixrac etməklə məşğuldurlar”. Apa.az İran XİN rəsmisinin dediklərindən sitat gətirib.

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134748