İran-Rusiya əməkdaşlığı artıq təkcə Yer ilə məhdudlaşmayacaq

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, martın 6-da Rusiya ilə İranın prezidentləri arasında telefon danışığı olub. Həmkarlar ikitərəfli münasibətlərin inkişafından, həmçinin infrastruktur sahəsində birgə İran-Rusiya layihələrinin reallaşmasından danışıblar.
Qeyd edək ki, Rusiya ilə İran arasında kosmos sahəsində də əməkdaşlıq razılamaları mövcuddur.
İran mətbuatının məlumatına görə, 2023-cü ilin Tehran kosmik orbitə “Xodxod” və “Kövsər” adlı iki yeni raket göndərəcək. Mətbuatın iddiasına görə, Rusiyanın raket daşıyıcısı onları dəniz səviyyəsindən 500 km yüksəyə qaldıracaq. Bu, İran ilə Rusiyanın birgə layihəsidir. Rusiya bu layihədə iranlı mühəndisləri dəstəkləyəcək.
Tehran raketlərin hansı funksiyaları daşıyacağını məxfi saxlayır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya