Saat:11:44
Haqqımızda

İran rəsmisindən ÇAĞIRIŞ: Şimal-Cənub dəhlizinin canlandırılması üçün əməli addım atılmalıdır

2022-08-11 13:14:00

İran rəsmisindən ÇAĞIRIŞ: Şimal-Cənub dəhlizinin canlandırılması üçün əməli addım atılmalıdır

İranın Araz Azad İqtisadi Zonası Təşkilatının icraçı direktoru dünən MDB ölkələrinin Nəqliyyatın İdarə Edilməsi üzrə Hökumətlərarası Şurasının rəhbəri ilə görüşdə mövcud imkanlardan maksimum istifadə edilməli olduğunu vurğulayıb.
“Fars News” xəbər verir ki, Məcid Kiyani deyib: “Biz başqa imkanların yaradılmasının əleyhinə deyilik, amma Culfa dəmir yolu marşrutu ilə İranı Ermənistan, Gürcüstan və Rusiya ilə birləşdirmək mümkündürsə, niyə Şimal-Cənub dəhlizindən maksimum dərəcədə istifadə olunmur?”
 “Şimal-Cənub dəhlizinin işə salınması və başa çatdırılması nə böyük xərc tələb edir, nə də məhsuldar olması üçün çox vaxt lazımdır. İran Xarici İşlər Nazirliyi səmərəli rol oynamaqla bu dəhlizin dirçəlməsində öncül ola bilər və şübhəsiz ki, digər tərəflər də bunu alqışlayacaq və Naxçıvan da bundan yararlanacaq”, deyə o, əlavə edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR