İran rəsmisi: Ticarət əlaqələrini asanlaşdırmaq üçün Ermənistana ixracda ciddi fəallığın yaradılması zəruridir

2022-08-04 16:37:00

İran rəsmisi: Ticarət əlaqələrini asanlaşdırmaq üçün Ermənistana ixracda ciddi fəallığın yaradılması zəruridir

Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatının sədri İran-Ermənistan əlaqələrinin sadələşdirilməsi üçün iki ölkənin ticarətində nəzərə çarpacaq hərəkətliliyin yaradılmasının zəruri olduğunu qeyd edib.
"Bu potensialdan əyalətin iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə etmək məqsədilə iş adamları və müxtəlif sənaye müəssisələri iş masası görüşlərinə dəvət edilməlidir", - deyə Sabir Pərnian bildirib.
O, habelə qeyd edib: "Müxtəlif gömrük məsələləri, ixrac sektoruna cavabdeh qurumlar, Ticarət Palatası və bu sahədə iş adamları ilə qərar qəbul edənlər arasında düzgün əlaqənin qurulması ixrac məsələsində təsirli amillərdən biridir".
İran rəsmisinin iddiasına görə, ölkənin istehsalatda heç bir problemi yoxdur və ölkədən ixrac edilən mallar keyfiyyət və qiymətinə görə rəqib tanımır, buna görə də ixracın inkişafı üçün uyğun platforma yaradılmalıdır.
Xatırladaq ki, bir neçə ay öncə Rusiya, Hindistan, Türkmənistan, Özbəkistan və BƏƏ kimi bir sıra ölkələr İrandan ixrac edilən kənd təsərrüfatı mallarını tərkibindəki zəhərli maddə və gübrələrin olması səbəbi ilə geri qaytarmışdı.

Ülviyyə,Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082569