İran rəsmisi: “Ermənistanın İran İslam Respublikasının xarici siyasətində önəmli yeri var və biz həmişə Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləmişik”

2022-06-09 12:53:00

İran rəsmisi: “Ermənistanın İran İslam Respublikasının xarici siyasətində önəmli yeri var və biz həmişə Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləmişik”

İran parlamentinin rəsmisi: Tehran-İrəvan iqtisadi əlaqələri möhkəmlənir və inkişaf edir. İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini İranın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edərək deyib: “İslam Şurası Məclisinin İqtisadi Diplomatiya Komitəsi də iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına dəstək verir”.
“Namayande” saytının xəbərinə görə, Abbas Müqtədayi KTMT-nin Parlament Assambleyasının iclasında iştirak etmək üçün Yerevana səfəri çərçivəsində Ermənistan parlamentinin vitse-spikeri Hakop Arşakyan ilə görüşüb. 
Görüşdə işğalçı Ermənistanın İran İslam Respublikasının yaxşı dostu və qonşusu olduğunu iddia edən və 30 il boyunca müsəlman Azərbaycanın ərazilərini işğalda saxlamasına toxunmayan iranlı deputat əlavə edib: “Ermənistanın İran İslam Respublikasının xarici siyasətində önəmli yeri var və biz həmişə Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləmişik”.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Murtəza Mahmudvənd də iki ölkə arasında dostluq əlaqələrinin uzun tarixinə toxunub: “İran və Ermənistan xalqları müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün çoxlu ortaq cəhətlərə sahibdir”.
Ermənistanın davamlı olaraq Araz çayına kimyəvi və zəhərli tullantı maddələri axıtmasına göz yuman iranlı deputat bildirib: “Mən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında Su Komitəsinin sədri kimi Araz çayı hövzəsi də daxil olmaqla ekoloji məsələlərdə Ermənistanla birgə əməkdaşlığı alqışlayırıq”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya