İran rəsmisi: Ermənistandan tələbə qəbuluna hazırıq

2022-06-07 17:28:00

İran rəsmisi: Ermənistandan tələbə qəbuluna hazırıq

Cənubi Xorasan əyalətinin başçısı Cavad Qənaət Ermənistanın İrandakı səfiri ilə görüşüb. Bu barədə İRNA xəbər verib.
İRNA-nın xəbərinə görə, görüş zamanı Cənubi Xorasan əyalətindəki universitetlərin tarixçəsi barədə məlumat verən Cavad Qənaət iddia edib: "Burada fəaliyyət göstərən universitetlər ölkənin ən yaxşı təhsil ocaqları sırasındadır və dünya universitetləri arasında nüfuza malikdir”. 
O, Cənubi Xorasan əyaləti ilə Ermənistan arasında tələbə mübadiləsi proqramına hazır olduqlarını vurğulayıb.
Ermənistanın İrandakı səfiri Arsen Avakyan da İranla əlaqələrin günişləndirilməsinin vacibliyini qeyd edib: "Ermənsitanla Cənubi Xorasan vilayəti arasında əlaqələrin genişləndirilməsinə hazırıq".

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya