İran rejimi uşaqlara milli adların verilməsindən niyə qorxur?

2022-06-17 15:12:00

İran rejimi uşaqlara milli adların verilməsindən niyə qorxur?

İranda güneyli uşaqlara türk adlarının verilməsinə qoyulan qadağalar davam edir. Azərbaycanlı sənətçi və milli fəal Yunis Mahmudi şəxsi İnstagram səhifəsində bildirib ki, Təbriz şəhər Dövlət Qeydiyyatı İdarəsi onun oğluna doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyinə görə vəkili şikayət vermək və hüquqi tədbirlər görmək məcburiyyətində qalıb.
Övladına Xaqan adını vermək istəyən ata İnstagram hesabında yazıb: "Bir dəfə Xaqan doğulandan sonra doğum şəhadətnaməsi almaq üçün Təbrizin Qeydiyyatı İdarəsinə getdim və qeydiyyat şöbəsi mənə rədd cavabı verdi. Onlar etirazlarının səbəbini rəsmi adlar siyahısında Xaqan adının olmaması ilə əlaqələndirdilər".
Xatırladaq ki, bundan öncə Güney Azərbaycanda bir sıra valideynlərin övladlarına Ayıl, Türkay, Yağış, Atakan, Oğuz, Alparslan, Tarkan, Anna, Anar kimi bir sıra türk mənşəli adlar qoyduqları üçün Dövlət Qeydiyyatı İdarələrinin həmin uşaqlara doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyinə dair onlarla xəbər yayılıb. İran hakimiyyəti bununla Güney Azərbaycanda yaşayan türklərin kimliyini unutdurmağa çalışır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya