İran prezidentinin Səmərqənddə xəcil durumunu göstərən "Danışan Şəkil"

2022-09-16 15:50:00

İran prezidentinin Səmərqənddə xəcil durumunu göstərən

İran prezidenti Səmərqənddə alçaldılıb. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının iclasına qatılmaq üçün Özbəkistanda səfərdə olan İbrahim Rəisi Putinlə görüşdən öncə PCR testindən keçməli olub.
Sosial şəbəkələrdə yayılan videoda Rəisinin Putinlə görüşdən əvvəl İran nümayəndə heyəti ilə birlikdə test otağına getdiyi görünür.
Bundan başqa İran prezidenti xəcil durumda şəkli yayılıb. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində region ölkələri liderlərinin qeyri-rəsmi görüşünü əks etdirən bir foto dünəndən sosial şəbəkə istifadəçilərinin və medianın diqqətini cəlb edib. Böyük marağa və çeşidli şərhlərə səbəb olan həmin şəkil əsasən “günün fotosu” adı ilə istifadəçilərə təqdim olunub. Amma sözügedən şəklə “regionun fotosu” demək daha məqsədəuyğun olar, çünki şəkildə hər bir dövlət başçısının oturuşu, mimikası, bir sözlə, bədən dili təmsil etdiyi ölkənin regiondakı mövqeyini və çəkisini göstərməkdədir.

Bu baxımdan şəkil, məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın region liderləri arasında böyük nüfuzunu və ya Azərbaycan prezidenti İlham Əliyevin qalib ölkənin rəhbəri kimi özünə inamını əks etdirməklə bərabər, İran prezidenti İbrahim Rəisinin xəcil durumunu da göz önündə canlandırır.

Bu durum uzun illərdir yürütdüyü siyasətin nəticəsi olaraq beynəlxalq birlikdən təcrid olunmuş bir ölkənin vəziyyətinin özbəöz təcəssümüdür.
Prezidentlərdən bir qədər aralı, ayrıca kresloda oturub başını aşağı dikmiş Rəisi açıq-aydın məclisə qoşula bilməməyin nümunəsi təsiri bağışlayır. Bunun səbəbi də aydındır: səmimi bir atmosferdə qonşu dövlətlərlə daim qeyri-səmimi olmuş İranın hazırkı prezidentinin özünü rahat hiss etməsi, normal ünsiyyətə girməsi çox çətin məsələdir.
Bir də əksəriyyətinin türk dövlətləri başçılarından ibarət olduğu bir toplantıda türk düşmənliyi ilə “ad çıxarmış” bir rejimin təmsilçisi özünü necə hiss etməlidir ki?! Axı o aydın görür ki, nə qədər çalışsalar da, türk birliyinin regionda durmadan artan gücünün qarşısında aciz qalıblar, üstəlik, müttəfiq sanıb ümid bağladıqları dövlətlər də bu güclə hesablaşmaqdadırlar.   
“Tərslikdən” türk düşmənliyində İranın yaxın müttəfiqi olan Ermənistanın baş naziri də, dəvətli olmasına rəğmən, Səmərqəndə gəlməkdən imtina edib, daha doğrusu, son əməllərinə görə, gəlməyə üzü olmayıb. Bəlkə Rəisinin kədərli duruşu Ermənistan rəhbəri üçün çəkdiyi xiffətin ifadəsidir? Bəlkə də...
Rəisinin Səmərqənddəki “müsibəti” bununla bitməyib. Sosial şəbəkələrdə onun və başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl PCR testindən keçmək üçün müvafiq otağa getdiyini əks etdirən görüntülər yayılıb və bunun İran prezidenti üçün təhqiramiz olduğu vurğulanıb.
Bütün bunların sonucu olaraq, Sammitdə iştirak edən dövlət başçılarının tədbirin sonunda çəkdirdiyi birgə xatirə şəklində İran prezidentini görmürük. Görünür, üzüsulu çıxıb getmək qərarına gəlib.
Bu da neçə illərdir ciddi-cəhdlə üzvü olmağa çalışdığı təşkilatın iclasında İranın və onun prezidentinin durumu. Qonşularla aqressiv, regionda destruktiv davranışın, əsassız ambisiyalarla özünü dünyaya şir kimi təqdim etməyin axırı başqa cür ola bilməz. Siyasətinizi dəyişin, ağalar, davranışınızı dəyişin. Nə qədər gec deyil. Bəlkə də gecdir...

Ülviyyə, Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131439