İran prezidentinin Nyu-Yorkda BMT iclasında iştirakı ilə bağlı etirazlar davam edir

2022-09-16 13:15:00

İran prezidentinin Nyu-Yorkda BMT iclasında iştirakı ilə bağlı etirazlar davam edir

İran prezidentinin Nyu-Yorkda BMT-nin iclasında iştirakı ilə bağlı etirazlar davam edir. Belə ki, İbrahim Rəisinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasına qatıla biləcəyi ilə bağlı etirazların ardınca sentyabrın 15-də bir qrup etirazçı təşkilatın Nyu-Yorkdakı qərargahı qarşısına toplaşıb. Bununla yanaşı, mühacirətdə yaşayan bir qrup tanınmış müxalifətçi də Rəisidən işgəncə və edamlardakı roluna görə məhkəməyə şikayət ediblər.
Etirazçılar BMT qarşısında pankartlar açaraq, İran prezidentinin 1988-ci ildə minlərlə siyasi məhbusun edamında roluna, 2019-cu ilin noyabr aksiyalarında 1500-dən çox insanın öldürülməsinə və prezidentliyi dövründə 600 nəfərin edam edilməsinə görə məsuliyyət daşıdığını bildiriblər. Mühacirətdə yaşayan mxalifətçilər bu cinayətlərə görə İbrahim Rəisi və Əli Xameneyinin mühakimə olunmasını tələb ediblər.
Eyni halda, hazırda xaricdə yaşayan bir qrup iranlı keçmiş siyasi məhbus İran prezidentinin edam və işgəncələrdəki roluna görə şikayət mətni hazırlayıb və onu məhkəməyə verməyə hazırlaşırlar.
İranda Demokratiya Uğrunda Milli Birliyin bildirdiyinə görə, sözügedən şikayət Rəisinin BMT-nin iclasında iştirak etmək üçün Nyu-Yorka səfərinin baş tutması ehtimalına görə edilir.
Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056418