İran prezidenti Ermənistan parlamentinin sədrini qəbul edib

2022-06-17 15:24:00

İran prezidenti Ermənistan parlamentinin sədrini qəbul edib

İyunun 16-da Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüşdə İbrahim Rəisi İran-Ermənistan münasibətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində iki ölkə arasında parlamentlərarası əlaqələri səmərəli və konstruktiv qiymətləndirib.
İRNA xəbər verir ki, İran İslam Respublikasının onşu və dost ölkələrlə, o cümlədən Ermənistanla əlaqələri inkişaf etdirməkdə qərarlı olduğunu qeyd edən İran prezidenti deyib: “İki ölkənin nəqliyyat, energetika, sənaye, texniki-mühəndislik xidmətlərinin ixracı və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin və imkanları var”.
İran İslam Respublikasının prinsipial siyasətinin bölgədə bütün ölkələrin ərazi bütövlüyü və milli suverenliyini dəstəkləmək olduğunu bildirən İbrahim Rəisi əlavə edib: “Hesab edirik ki, region ölkələri arasında problemlərin həllinin yeganə yolu dialoqdur və xarici dövlətlərin mövcudluğu və müdaxiləsi nəinki problemlərin düyününü aça bilməz, əksinə regiondakı çətinlikləri daha da düyünə salır”.
Öz növbəsində, Ermənistan parlamentinin sədri Alen Simonyan da ölkəsinin İranla iqtisadi, ticarət və tranzit sahələrində əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib: “Hər iki ölkə müxtəlif sahələrdə əlaqələri genişləndirmək üçün çox yüksək imkanlara və potensiala malikdir”.
İranın bölgədə gedən proseslərlə bağlı konstruktiv mövqeyini yüksək qiymətləndirən Simonyan Qafqazda baş verən son hadisələrlə bağlı məlumat verərək deyib: “Ümid edirik ki, İran İslam Respublikası gələcəyə baxaraq regionda cərəyan edən proseslərdə daha fəal rol oynayacaq”.

Ülviyyə. Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya