İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
2025-04-18 13:55:59

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir.
Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.
Report.az
