İran özü bunu istədi - Bakıdan VACİB QƏRAR: Babalı molla rejiminin boynuna

2022-11-19 13:17:00

İran özü bunu istədi - Bakıdan VACİB QƏRAR: Babalı molla rejiminin boynuna

Azərbaycan nəhayət İsraildə səfirlik açmağa qərar verdi. Əslində bu qərar tək dövlətin verdiyi qərardan ziyadə bütün xalqın istəyi, arzusu idi. Səbəb çox sadə:

İsrail o ölkədir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu zamana kimi Təl-Əvivin müxtəlif sahələrdə çox açıq şəkildə dəstəyini hiss edib. Necə ki, eyni dəstəyi 44 günlük Vətən müharibəsi zamanı gördü.

Heç kəsə sirr deyil ki, həmən dönəmdə çox az sayda dövlətlər Azərbaycanın haq səsinə dəstəyini nümayiş etdirərək, rəsmi Bakıya günbəgün artan beynəlxalq təzyiqləri zərərsizləşdirmək, onu dəf etmək adına nə mümkünsə etdi. Onlardan biri də İsraildir.

Təsadüfü deyildi ki, istər müharibənin davam etdiyi günlər ərzində, istərsə də Zəfər bayramının qeyd edildiyi ərəfələrdə ölkənin hər bir nöqtəsində Azərbaycan və Türkiyə bayrağı ilə yanaşı İsrail bayraqlarına da rast gəlindi. Beləcə, bununla Azərbaycan xalqı dostunu-düşməni dar gündə yenidən yaxşı tanıdığını, ona yaxşı və pis gündə dəstək olan dövlətlərin "borcundan" məhz adi- sadə vətəndaşlar həmən dövlətin bayraqlarını üçrəngli şanlı bayrağımızla eyni cərgədə tutmaqla çıxmağa çalışdılar, bunu özlərinə mənəvi borc bildilər.

İsrail Azərbaycanda 1993-cü ildən səfirlik açıb. Azərbaycan erməni işğalını əhatə edən məsələlərlə bağlı İsrailin dəstəyini, köməyini hər zaman bütün beynəlxalq təşkilatlarda hiss edib. Nəhayət Azərbaycana xüsusi dəstək nümayiş etdirən, Azərbaycanın taleyüklü məsələsinə laqeyd qalmayan, haqlı mübarizəmizdə bizə sona qədər "yanınızdayıq" deyən İsraildə səfriliyin açılması qərarı verildi.

Rəsmi Bakı Təl-Əvivlə əlaqələrini daha da yüksək səviyyədə qurmaq üçün irəliyə doğru gələcə hesablanmış bir addım atmış oldu. 1 il əvvəl İsrailin paytaxtında Azərbaycanın "Ticarət və Turizm" nümayəndəliyi fəaliyyətə başlasa da, bu, tamamilə fərqli bir məsələdir. İlham Əliyevin belə bir sənədi Milli Məclisə təqdim etməsi Azərbaycan-İsrail münasibətlərini yeni bir müstəviyə qaldırmaq istiqamətində atılan önəmli bir prosesin başlanğıcı olduğundan xəbər verir.

Niyə bu qərar belə gec verildi?

Bir çox nüansları nəzərə alan Bakı İsraildə səfirlik məsələsinə çox həssaslıqla yanaşırdı. Səbəblər:

️ Müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək

Xüsusilə Azərbaycan bu məsələdə Türkiyə nümunəsini əsas götürürdü. Məhz bu fakt üzərindən müsəlman ölkələrin böyük bir qismi həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair istənilən mövuda Azərbaycana açıq dəstək nümayiş etdirdilər.

️ İsraildə səfirliyinin açılmamasının səbəblərindən biri də Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə İranın mövqeyinin nəzərə alınması idi.

Lakin molla-fars rejiminin son davranışları, radikal ermənipərəst mövqeyi göstərdi ki, onlar diplomatiyadan anlamır. Ən doğrusu isə destruktivlik göstərən Tehrana qarşı belə adekvat addımların atılmasıdır.

Sırf bu faktları nəzərə alaraq Azərbaycan daha ağıllı strategiya seçməklə İsrail ilə diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən üzü bu yana münasibətlərini müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdıraraq, bu əlaqələri yüksək səviyyədə saxlayaraq səfirliyin açılması məsələsini daha uyğun zamana qədər daşıya bildi.

Azəbaycan-İsrail münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması şübhəsiz ki, dosta güvən, düşmənə qorxu verəcək. Artıq iki dövlət arasındakı bu yeni mərhələnin start götürməsi bir çox dairələrin yuxusunu indidən əməlli-başlı qarışdırıb.

Bakının İsraildə səfirlik açmaq qərarı, Təl-Əviv həmləsi hazırda ən çox Tehranı qorxuya salan məsələ kimi diqqət mərkəzindədir. Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını Tehranın Azərbaycana qarşı artan təxribatları da sürətləndirib. Bundan sonra da Bakının bu qərarına molla-fars rejiminin siyasətçiləri və dindarlarının bundan sonra da yenə təxribatçı açıqlamalarla reaksiya verəcəkləri istisna edilmir.

Cavabımız sadədədir:

Azərbaycan verilən qərarın onun daxili və xarici təhlükəsizliyini təhdid altına almırsa, suverenliyinə təhlükə məqsədi daşımırsa, heç bir dövlətin daxili və xarici siyasətinə qarışmadığı kimi, eyni addımı da həmin ölkələrdən tələb edir. Hansı ölkədə səfirlik açmaq məsələsi də Azərbaycanın öz daxili işidir.

İran teleməkanında və mediasında bu mövzuda spekulyasiya artan xətt üzrə davam edir. Amma heçnə dəyişməyəcək. Əlində çəkic olana hər şey mismar görünürsə ...

... Buna Bakı nə etsin?!

İnsanda abır-həya yaxşı şeydir. Amma belə görünür molla rejiminin ən böyük əskiklərindən biri də məhz üzünün qızarmasını tamamilə itirmələrinə bağlıdır. Amma Bakı ona qarşı ədəbini itirən, həyadan xəbəri olmayanın gözünün altını qaraldacaq. Bu ki, əlimizdədir...

Axı rəsmi Bakı İranın Qafanda konsulluq açılması qərarını belə qarşılamadı. Halbuki bu birbaşa Azərbaycan əleyhinə atılmış addım idi. Elə buna görə də Tehranın rəsmi Bakının İsraildə səfirlik açmasına qarışmaq hüququ və haqqı yoxdur.

Çünki son hadisələr də bir daha göstərdi ki, cənub qonşumuzu İran İslam Respublikası yox, çox rahatlıqla Şər Respublikası adlandırmaq olar. Azğınlaşmış və amansız molla-fars rejimi geridə qalan illər ərzində öz haqqlarını tələb edən soydaşlarımızı əzməyə, edam etməyə son qoymaq əvəzinə, üstəlik Azərbaycana hərbi və diplomatik təzyiqlər nümayiş etdirərək Ermənistanı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdən xilas etmək təşəbbüsü, onu silahlandıraraq Azərbaycan əsgərini öldürmək niyyəti də açıq-aydın ortada.

İranın çökməkdə olan molla hakimiyyəti gün-gündən daha da quduzlaşır. Biz bunu istər Bakıya qarşı dil uzadan mollabaş deputatlarının, istərsə də etirazçılara qarşı xüsusi qəddarlıq nümayiş etdirməklə cəmiyyətin fəal kəsimində qorxu, xof hissi yaratmağa çalışan güc strukturlarının timsalında görürük.

Amma molla-fars rejiminin heç bir təhdidi, heç bir qərarı və bəyanatı nə Azərbaycanı, nə də güneyli qardaş-bacılarımızı yolundan döndərməyə, iradəsini sarsıtmağa yetməyəcək. İran anlamalıdır ki, Azərbaycana qarşı bu davranışlardan, hərəkətlərdən sonra rəsmi Bakının da Tehran qarşısında hər hansı bir öhdəliyi qalmadı.

milli.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138439