İran ona baha başa gələcək HƏRBİ SƏHV ETDİ - Rusiyaya verdiyi PUA-lara görə ...

2022-08-31 19:49:00

İran ona baha başa gələcək HƏRBİ SƏHV ETDİ - Rusiyaya verdiyi PUA-lara görə ...

"Artıq iki gündür Ukraynanın Xersona hücumu davam edir. Digər istiqamətlərdə də fəallıq müşahidə olunur. Ukrayna ABŞ və müttəfiqlərinin dəstəyi ilə Ukraynanın bütün ərazisini işğalçılardan azad etməyə qadirdir".

Hurriyyet.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, İranın PUA-ları da Rusiyaya kömək etməyəcək:

"Əgər Ukrayna ordusu Xersonu geri alarsa bu Rusiya ordusunu sarsıdacaq və digər ərazilər də Xersonun ard-arda rus qoşunlarından təmizlənə bilər.Xersonu tamamilə azad etməsi üçün Ukraynanın canlı qüvvədən də, silahdan da daha çox zamana, saata ehtiyacı var.

Xerson strateji əhəmiyyətə malik ərazidir. Xersonun azad edilməsi Rusiya ordusunu ciddi sarsıda bilər və bu da Ukraynaya yeni hücum planında gözlənilməz imkanlar aça bilər.

İranın Rusiyaya PUA satdığı barədə məlumatlar artıq mətbuatda faktlarla öz əksini tapmağa başlayıb. Tehran ABŞ və müttəfiqlərinin yeni sanksiyaları bahasına başa gələcək siyasi və hərbi səhv etdi. İranın PUA-ları etibarsızdır və azdır. Bu, Rusiyaya kömək etmək üçün kifayət deyil".

Təhməz Əsədov
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066752