İran nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır - İsfahandan təhdid
2024-05-07 10:24:46

İran nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır. Bu barədə Atom Enerjisi Təşkilatının rəhbəri Eslami İsfahanda keçirilən beynəlxalq nüvə konfransında bildirib.
"Məqsədimiz İranın elmi və texnoloji nailiyyətlərini nümayiş etdirmək və hegemon dövlətlərin inhisarçılığı ilə mübarizə aparmaqdır. Biz maneələri aşmaq və fərqli elmi sistem yaratmaq üçün bu texnologiyaları başqa ölkələrə ötürməyə hazırıq", deyə Eslami fikrini ifadə edib.
Ülviyyə, Hurriyyet.az
