İran növbəti dəfə rəzil duruma düşdü: SEPAH-a məxsus PUA yerə çırpıldı - FOTO
2021-10-18 20:54:00
SEPAH-a aid pilotsuz uçuş aparatı (PUA) Körfəzdə yerə çırpılıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, hadisə oktyabrın 16-da baş verib. İran Ordusunun Hərbi Hava Qüvvələrinin Bəndər Abbasda yerləşən bazasından havaya qalxan SEPAH-a aid PUA Körfəzdəki Gəmiqayırma zavodu yaxınlığında yerə çırpılıb.
SEPAH-ın və Hava Qüvvələrinin komandanları hadisə ilə bağlı açıqlama verməkdən yayınıblar.
Qeyd edək ki, hər zaman “möhtəşəm” ordusu ilə öyünən İranda tez-tez buna bənzər hallar yaşanır. \\Kanal