Saat:04:40
Haqqımızda

İran niyə Qərbi Zəngəzura baş konsul şousu düzənləyib...

2022-08-12 16:39:00

İran niyə Qərbi Zəngəzura baş konsul şousu düzənləyib...

Məlum olduğu kimi, İran Ermənistanın Qafan şəhərində baş konsulluq açıb və Abedin Vəramini bu vəzifəyə təyin edib.

İranın Zəngəzur dəhlizinin reallaşması yolunda cürbəcür əngəllər icad etməsi hər kəsi düşündürür. Maraq doğuran əsas nüans budur ki, ətrafında müzakirələrin qızışdığı bir vaxtda, İran rejimi bu addımı ilə Zəngəzurda mövcudluğunu gücləndirmək istəyir. Bu arada, Rusiyanın dəhlizi nəzarətə almaq uğrunda aktivləşməsini müşahidə edirik. Bunu onunla izah edə bilərik ki, Rusiya Ermənistanla İran sərhədində hərbi varlığını gücləndirməklə Tehrana İranın bundan artıq Zəngəzur məsələsinə qarışmasını istəmədiyinin mesajını verir. İran sərhədi yaxınlığında yeni hərbi postlar qurmaqla Rusiya İranın fiziki müdaxiləsini praktiki olaraq əngəlləyib.
Bəzi azərbaycanlı və erməni analitiklərin fikrincə, Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyaya Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu kimi lazımdır və o, bu marşrutun açılmasını istəyir.
İndi və Qərbin yoxluğunda; Türkiyə, Türküstan (Orta Asiya) ölkələri və Çin Rusiyanın mühüm ticarət tərəfdaşlarıdır. Ankara rubl əsasında işləyən Rusiyanın “Mir” kredit kartı sistemini Türkiyədə aktivləşdirməyə razılıq verib. Eyni şey Türküstan və Çində də baş tutacaq. Ona görə də, bu Şərq-Qərb marşrutunun problemsiz işə düşməsi ruslar üçün vacibdir. 40 km-lik Zəngəzur marşrutu İrandan (Güney Azərbaycandan) keçə bilər. Amma bu nəfəsgah Rusiyanın özünün ixtiyarında ola bilərkən, Rusiya onu problemli və təlatümlü regional rəqibin öhdəsinə buraxmağa ehtiyac görmür.
Ona görə də Rusiya, Çin və Türkiyənin maraqları bunu tələb edərsə, Zəngəzur marşrutu açılacaq və İranın Qafanda baş konsulluq açması da şoudan o yana keçməyəcək”

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR