Saat:18:13
Haqqımızda

İran Naxçıvanın qazını kəsdi: Molla rejiminin “yezidliyi”

2021-11-19 23:29:00

İran Naxçıvanın qazını kəsdi: Molla rejiminin “yezidliyi”

Dünən axşam 21:00-dan etibarən Naxçıvan Muxtar Respublikasında bütün dövlət müəssisə, idarə, təşkilatlarının (xəstəxana, uşaq bağçaları, məktəblər, dövlət idarələri) və bəzi bina evlərinin istilik sistemi söndürülüb.
 
Bu barədə Naxçıvan sakinləri xəbər veriblər.
 
Sakinlərin bildiriblər ki, onlara istiliyin verilməməsinin səbəbi açıqlanmır. Gəzən şayiələrə görə, İran tərəfdən Naxçıvana verilən qaz dayandırılıb. 
 
Qeyd edək ki, kəskin kontinental iqlimə malik olan Naxçıvanda qışda bəzən temperatur -20-22 dərəcəyə qədər düşür. Bu qədər soyuq olan diyarda qış yaxınlaşarkən istilik sistemlərinin işləməməsi ciddi problemlərə səbəb ola bilər.
 
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış mövsümünə keçid hər il noyabrın 15-də həyata keçirilir. İranın Naxçıvana verdiyi qazı məhz belə bir zamanda kəsməsi və qabaqcadan Muxtar Respublika rəhbərliyini bununla əlaqədar xəbərdar etməməsi qəsdən humanitar problem yaratmaq cəhdi ilə izah oluna bilər. \\Ovqat.com
 
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR