İran müharibəyə hazırlaşır: - Qırıcılardan Azərbaycana qarşı istifadə?

2022-12-26 14:38:00

İran müharibəyə hazırlaşır: - Qırıcılardan Azərbaycana qarşı istifadə?

Rusiya ilə İran arasındakı hərbi əməkdaşlıq genişlənməyə davam edir.

Qərb kəşfiyyatının məlumatına əsasən, tərəflər arasında yeni razılıq əldə olunub. Belə ki, İran yaxın zamanda Rusiyadan 24 ədəd Su-35 qırıcısı və hava hücumundan müdafiə sistemləri alacaq. İranın isə Rusiyaya əlavə 300 ədəd "Şahed-136" kamikadze pilotsuz uçuş aparatları verəcəyi bildirilir.

Qeyd edək ki, İranda aylardır davam edən etiraz aksiyaları hər gün şiddətlənir. Həmçinin, ötən günlərdə Pakistanla sərhəddə toqquşmanın yaşanması İranda müharibə olacağı ehtimallarının gündəmə gəlməsinə səbəb olub. Hətta edamların artacağı təqdirdə İrana hərbi müdaxilə olunacağına dair də iddialar yayılmağa başlayıb. Bütün bunların fonunda Rusiyanın İranı silahlandırması isə olduqca diqqət çəkib.

Maraqlıdır, Rusiya İranı müharibə hazırlaşdırır?

Hurriyyet.az bildirir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında İranın müharibəyə hazırlaşdığını istisna etməyib:

“Rusiya İrandan aldığı “Şahed”lərin əvəzinə İran ordusunu Su-35 qırıcıları ilə təmin etməyi üzərinə götürüb. Əlbəttə ki, bu, regiondakı vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Aydın məsələdir ki, qırıcılar müharibədən başqa məqsədlər üçün alınmır.

Onlar müəyyən döyüş tapşırıqları və ya vəzifələri yerinə yetirmək üçün əldə olunur. Təəssüflər olsun ki, İran Ukraynadakı müharibədə Rusiyaya dəstək oldu. Moskva da buna görə Tehrana sözügedən silahları verdi. Bu ikitərəfli münasibətlər çərçivəsində əldə olunan razılıqdır. İstənilən halda, bu, müharibə üçün atılmış addım da ola bilər”.

Ekspert İranın silahlandırılamasının xoşagəlməz hadisə adlandırıb:

“Xüsusən bunu bölgə ilə bağlı o qədər də xoş addım hesab etmirəm. Tehranın son ritorikası onu deməyə əsas verir ki, İran istənilən an həmin qırıcıların bu regionda istifadəsi ilə bağlı da müəyyən fikirlər səsləndirə və ya addımlar ata bilər. Çünki bu, sülhə yox, daha çox müharibə köklənmiş ritorikaya əsaslanır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134558