İran MOSSAD agentlərini həbs etdiyini iddia edir

2022-06-21 14:02:00

İran MOSSAD agentlərini həbs etdiyini iddia edir

Sistan-Bəluçistan əyalətinin prokuroru Mehdi Şəmsabadi iyunun 21-də media nümayəndələri ilə keçirdiyi görüşdə İsrail Xüsusi Xidmət Orqanı “MOSSAD”a işləyən bir neçə agentin həbs edildiyini iddia edib.
O, saxlanılanların 8 ay boyunca izlənildiklərini və İranın nüvə alimlərini terror etməyi planlaşdırdıqlarını deyib.
Sistan-Bəluçistan əyalətinin prokuroru İsrailə casusluq etdikləri iddia olunan şəxslərin sayı və kimliyi barədə heç bir açıqlama verməyib.
Lakin onların müxtəlif əyalətlərdə həbs olunduqlarını və barələrində cinayət işinin açıldığını bildirib.
Bundan bir müddət öncə aprel ayının sonlarında SEPAH-a yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə istinadən Sistan və Bəluçistan əyalətində İsrailin xeyrinə casusluq edən 3 nəfərin həbs olunduğunu yazmışdı.
Qeyd edək ki, xüsusilə son illər Sistan və Bəluçistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.
İran təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdüyü iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.
İnsan haqları təşkilatları və bəluç fəallar bu ittihamları əsassız hesab edir, bunu İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrini cavabsız qoymadıqlarını təlqin etməyə cəhdi kimi dəyərləndirirlər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya