Saat:11:48
Haqqımızda

İran millisinin qələbəsi yüzlərlə məhbusa azadlıq gətirdi

2022-11-29 13:52:00

İran millisinin qələbəsi yüzlərlə məhbusa azadlıq gətirdi

Hurriyyet.az xəbər verir ki, Qətər-2022-də İran milli futbol komandasının  növbəti qələbəsindən sonra İran hakimiyyəti 715 nəfər məhbusu azad edib. Bu barədə məlumat “Fars” informasiya agentliyi yayıb.

Agentliyin yazdığına görə, qərarı İran İslam Respublikasının Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei verib.

O, iranlı futolçuların qələbəsini yüksək qiymətləndirib, bu qələbənin İran xalqına sevinc gətirdiyini, xalqın birliyinin təzahürünə çevrildiyini söyləyib.

İran millisi noyabrın 25-də Uels komandası üzərində 2:0 hesablı qələbə çalıb. Bu, ümumilikdə dünya futbol çempionatları tarixində İran futbol komandasının sayca üçüncü qələbəsidir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR