İran mediasının anti-Azərbaycan tendensiyası vüsət alır: İranla Ermənistan “Bakı rejimindən” yan keçiblər

2022-07-26 13:46:00

İran mediasının anti-Azərbaycan tendensiyası vüsət alır: İranla Ermənistan “Bakı rejimindən” yan keçiblər

İran mediasının anti-Azərbaycan tendensiyası, "İran və Ermənistan Bakı rejimindən yan keçiblər" başlıqları ilə yazılar dərc etməkdə davam edir. Belə ki, İranın anti-Azərbaycan və erməni yönümlü mövqeyi ilə seçilən “tahririeh” saytı yazır:
“İran və Ermənistan panlaşdırılmış gedişlə “Bakı rejimindən” yan keçərək, bu ilin ilk 5 ayında ikitərəfli iqtisadi mübadilələrinin həcmini 33% artırmağa nail olublar”. 
”Çünki İlham Əliyev İran yük maşınlarını sıxışdıraraq yüklərin tranzitində çoxlu problemlərin yaranmasında səbəb olub”.,-deyə, yazının müəllifi əsassız cə qərəzli fikrini belə izah etməyə çalışıb.
“İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak İranın tikinti layihələri üzrə tenderlərdə iştirak etmək üçün texniki və mühəndislik xidmətləri sahəsində ən yaxşı şirkətləri təqdim etməyə və faydalı qazıntıların çıxarılması, kəşfiyyatı və istehsalı üçün İranın mineral sənaye şirkətlərinin Ermənistanda fəaliyyət göstərməyə hazır olduğunu açıqlayıb.
O, İranın sənaye nazirinin Ermənistana son səfərinə toxunaraq bildirib: “İki ölkənin iş adamlarını bir-biri ilə tanış etməkdə əsas məsələlərdən biri də iş adamlarına müxtəlif xidmətlər göstərməli olan biznes mərkəzlərinin tikilməsi məsələsidir, hansı ki, zəmanət xidmətlərinin göstərilməsi, biznesin tanıtımı, pul-kredit və bank xidmətlərinin göstərilməsini əhatə edir”.
Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan da 2022-ci ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsinin 33% artmasına toxunaraq, Yerevanda İran ticarət mərkəzinin açılmasını alqışlayıb. O, habelə iş adamları və istehsalçılarla tanış olmaq, B2B formatında görüşlər keçirmək üçün İrandan Ermənistana biznes və əczaçılıq şirkətlərindən nümayəndə heyətlərinin göndərilməsini xahiş edib”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051463