“İran mediasından iddia: “Ermənistan hərbi komandası İran dronlarının inkişafından heyrətlənib”

2022-08-26 13:11:00

“İran mediasından iddia: “Ermənistan hərbi komandası İran dronlarının inkişafından heyrətlənib”

İranda pilotsuz uçaq sahəsində keçirilən “Şahin Ovu-2022” adlı 7-ci Beynəlxalq Hərbi Yarışlarında Ermənistan komandasının rəhbəri İran PUA-larının inkişafının bütün məhdudiyyətlərə baxmayaraq böyük nailiyyət olduğunu deyib: “Yarışlar bərabər və dostluq şəraitində keçib”.
İranın Kaşan şəhərində baş tutan yarışlara qatılan Ermənistan komandasının rəhbəri ölkəsinin bu turnirin əvvəlki turlarında iştirakına toxunaraq iddia edib: “Biz İranın uğurları haqqında eşitmişdik, ancaq bu ölkədə olmaqla İranı təsvir ediləndən daha yaxşı gördük”.
Sitat: “Əvvəl eşitdiklərimizi indi öz gözümüzlə gördük və onların dedikləri bu gün gördüklərimizin kiçik bir hissəsi idi, dediklərimiz isə tərif deyil, həqiqətdir. Digər tərəfdən, bu yarışların keçirilməsində bütün komandalar üçün eyni şərait yaradılıb”.
“Bu yarışda iştirak etməklə biz təcrübə toplamağa çalışdıq və komandirlərimiz, generallarımız bu qənaətə gəliblər ki, biz bu dron yarışına qatılaq”,-deyə erməni zabit qeyd edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082243