İran mediasından Azərbaycana qarşı cəfəng iddia: "Azərbaycan Qarabağın demoqrafik tərkibini dəyişdirməyə çalışır"

2022-07-21 12:43:00

İran mediasından Azərbaycana qarşı cəfəng iddia:

İran mediası Azərbaycana qarşı cəfəng iddia irəli sürüb və bildirib ki, "Azərbaycan Qarabağın demoqrafik tərkibini dəyişdirməyə çalışır". Belə ki, İranın İnqilab Keşikçiləri Korpusuna və təhlükəsizlik qurumlarına yaxın saytlar Qarabağı Ermənstan ərazisi kimi qələmə verir.
SEPAH və paniranist dairələrin nəzarətində olan “azariha” saytının “Telegram” kanalında (https://t.me/ir_Azariha/14919) Qarabağın işğaldan azad edilməsi "Azərbaycan tərəfindən fəth edilən torpaqlar" kimi təhrif edilib.
"Bakı öz vətəndaşlarını 2020-ci il müharibəsində fəth etdiyi ərazilərə köçürmək siyasətinə başlayıb. Müharibədə Cəbrayıl, Şuşi, Ağdam kimi böyük şəhərləri fəth edə bilən Bakı bu yeni siyasətinə “Böyük Qayıdış” adını verib", deyə sayt yazıb.
Qeyd edək ki, bu və oxşar bir neçə media orqanı Azərbaycanı "Bakı" kimi qələmə verir və Qarabağın işğaldan azad edilməsi əməliyyatlarının aparıldığı zaman daim Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayır, erməni tərəfinin mövqeyini əks etdirirdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056251