İran mediasından Azərbaycan şəhidlərinə qarşı hörmətsizlik: “Onlar şəhid deyil…”

2022-09-15 16:57:00

İran mediasından Azərbaycan şəhidlərinə qarşı hörmətsizlik: “Onlar şəhid deyil…”

İran mediası Azərbaycan şəhidlərinə qarşı hörmətsizliyini biruzə verib.

Hurriyyet.az AMİA.AZ-a istinadən xəbər verir ki , İrana sığınmış azərbaycanlılar tərəfindən idarə olunan “Nardaran313” Telegram kanalı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarının azad edilməsi uğrunda həlak olan hərbçilərin guya bundan sonra şəhid sayımayacağı kimi cəfəng fikirlər səsləndirib.

Öz vətənlərini sataraq İranda gizlənmiş və molla rejiminin maliyyə və siyasi himayəsi altında doğma ölkələri və dövləti olan Azərbaycana dil uzadan “Hüseynçilər” terror təşkilatının ünsürlərinin idarə etdiyi kanal indi də Vətən və iman uğrunda canlarından keçənlərin şəhid olmasını sual altına almaq cəsarətini tapıblar.

Belə ki, istifadəçilər həmin kanalın Azərbaycanın tarixi Zəngəzur bölgəsini Ermənistanın “Sünik” vilayəti adlandırmasına, habelə orada döyüşlərdə həyatını itirmiş azərbaycanlı əsgərlərə “şəhid” sözü əvəzinə “öldürülmüş” sözünün işlədilməsinə etirazlarını bildiriblər. Kanalın idarəçiləri isə cavabında bunu İranın dini rəhbəri Xameneyinin fətvası ilə əlaqələndirib, gülünc və məntiqsiz şəkildə əsaslandırmağa cəhd ediblər.

Özlərini “Azərbaycan İslam Müqavimət Cəbhəsi” adlandıran qrup daha sonra yazır: “Əgər kanalımızı izləyirsinizsə, bu döyüşdən əvvəllə qədər biz Qarabağ müharibəsi qurbanlarını şəhid adlandırırdıq. Protokol və siyasətə görə yox, sırf inanc və dini əsasa görə. Onlar İslam torpağının azad edilməsi uğrunda vuruşurdular və “vəliye fəqihin” (ali rəhbər Xameneyi) dolayısı ilə buna icazəsi var idi. Əgər bundan sonra beynəlxalq sərhədi pozmaq üçün döyüşüb öldürülsələr, şəhid sayılmayacaqlar, çünki vəliye fəqihin (ali rəhbərin) əmri budur ki, bölgənin geosiyasi sərhədləri dəyişməsin və bu yolda kim öldürülərsə, ölüdən başqa bir şey sayılmayacaq. Dünya və axirətdə ziyana uğrayanlardan olacaq”.

Qeyd edək ki, əvvəla, İranın dini rəhbərinin belə bir fətva verməsi barədə heç bir məlumat yoxdur. İkincisi, olsa belə, bu artıq dini yox, siyasi qərardan qaynaqlanmış bir fətva sayılır ki, bu da təbiidir. Çünki bu, molla rejiminin dini dəyərlərdən öz siyasi və dövlət maraqları naminə istifadə etdiyi ilk belə hal deyil.

Sonda İslam Peyğəmbərinin bu mövzuda dəyərli kəlamını xatırlatmaq yerinə düşər: “Vətəni sevmək imandandır və Vətən, din, torpaq uğrunda həlak olanlar şəhid sayılır”.

İran mediasından Azərbaycan şəhidlərinə qarşı hörmətsizlik: “Onlar şəhid deyil...”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065226