Saat:05:11
Haqqımızda

İran mediası: “Türkiyənin Zəngəzur dəmir yolu dəhlizinin açılması üzrə səyləri davam edir: Ankara nə istəyir?”

2024-12-06 13:06:35

İran mediası: “Türkiyənin Zəngəzur dəmir yolu dəhlizinin açılması üzrə səyləri davam edir: Ankara nə istəyir?”

İranın “Tahlil Bazaar” saytı Azərbaycanın ünvanına ənənəvi şəkildə qərəzli yazı yazıb. Yazıda bildirilir ki, Azərbaycan Zəngəzur dəhlizinin Araz dəhlizi ilə dəyişdirilməsinə razılıq versə də, Türkiyənin Zəngəzurun tikintisini davam etdirməkdə məqsədinin nə olduğu məlum deyil.

İddiaya görə, Tehranın buna qarşı çıxmasının əsas səbəbi dəhlizin İran marşrutlarından yan keçərək onun ərazisindən keçməməsi və Bakının İran üzərindən keçən “Araz dəhlizi” adlı alternativ layihəni dolayısı ilə qəbul etməsi olub.

Sayt, “İranın Zəngəzurla bağlı etirazları bir yana, Türkiyənin birbaşa Naxçıvala birləşməsi, şübhəsiz ki, Ermənistanın narahatlığına səbəb olub və iki tərəf arasında sülh danışıqlarına böyük təsir göstərəcək...” cümlələri Tehranın məsələni Ermənistanın narahatllığı kimi qələmə verərək, əslində isə narahatçılığın qaynağının özünün olduğunu əks etdirir.  

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.315840