Saat:18:58
Haqqımızda

İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırdı

2022-12-01 15:23:00

İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırdı

İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırıb.

Hurriyyet.az xəbər verir ki, “İran Emrouz” saytı Qarabağda qanunsuz yerləşən silahlı erməni birləşmələrin Azərbaycan mövqelərini atəşə tutması xəbərini qərəzi şəkildə Azərbaycan tərəfinin iddiası adlandırıb:

“Bakı Ermənistan silahlı qüvvələrinin onun mövqelərinə hücum etdiyini iddia edib. Azərbaycan Respublikası Ermənistan silahlı qüvvələrinin Qarabağda ölkənin hərbi mövqelərinə hücum etdiyini iddia edir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü Qarabağın Şuşa və Ağdam rayonları ərazilərində ölkənin hərbi mövqelərinin erməni silahlı dəstələrinin üzvləri tərəfindən hücuma məruz qalması barədə məlumat yayıb. Nazirliyin məlumatına görə, bu hücum Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.", - deyə saytda qeyd edilib.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR