İran mediası Azərbaycanın "Qisas" əməliyyatında həmişə olduğu kimi erməni mövqeyini əks etdirdi

2022-08-04 15:26:00

İran mediası Azərbaycanın

İran mediası yenə də ermənilərə dəstək verdi. Belə ki, Azərbaycan Ordusunun "Qisas" anti-terror əməliyyatına başlamasından dərhal sonra İran mediası yenə ermənilərin mövqeyini əks etdirməyə, "Qarabağ"ı müstəqil bölgə kimi qələmə verməyə başlayıb.
SEPAH-a bağlı "Fars" xəbər ajansı və sosial şəbəkələri "Azərbaycan Dağlıq Qarabağın bir neçə bölgəsini tutduğunu iddia edir" başlıqlı məlumat yayıb. Xüsusilə SEPAH-ın sosial şəbəkə hesablarında Azərbaycan Respublikası "Şimali əyalət" adlandırılıb və Azərbaycanın İranın şimal əyaləti olduğuna eyham vurulub.
"Dağlıq Qarabağ bölgəsinin Müdafiə Nazirliyi yaydığı bəyanatda atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Artsax ordusunun 7 hərbçisinin yaralandığını açıqlayıb", deyə SEPAH saytı atəşkəsin Azərbaycan tərəfdən pozulduğu fikrini təlqin etməyə çalışıb.
SEPAH-ın telegram kanalı video yayaraq İran ordusunun Azərbaycanla sərhədə ağır hərbi texnika daşıdığını iddia edib. İddia ilə bağlı Tehran açıqlama verməyib və rəsmi dövlət saytları münasibət bildirməyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059360