İran Laçın dəhlizinin tezliklə dinc yolla açılmasına təkid edir...

2022-12-20 13:59:00

İran Laçın dəhlizinin tezliklə dinc yolla açılmasına təkid edir...

İran Laçın dəhlizinin tezliklə dinc yolla açılmasına təkid edir. Bu barədə İran XİN-in sözçüsü bildirib. 
İran XİN-nin sözçüsü ümidvar olduğunu bildirib ki, Laçın dəhlizinin blokadasının aradan qaldırılması məsələsi Azərbaycan və Ermənistan arasında dialoq və dinc yolla tezliklə öz həllini tapacaq.
Laçin dəhlizinin bağlanması ilə bağlı İSNA-nın müxbirinin sualına cavab olaraq Nasir Kənani iddia edib: “İran İslam Respublikası həmişə Azərbaycan və Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb”.
“Hesab edirik ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin müddəalarının tam icrası iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”,-deyə o, əlavə edib.
Bölgədə sülh və sabitliyin bərqərar olmasının hər hansı lüzumsuz gərginliyin qarşısının alınmasını tələb etdiyini bildirən Kənani, Laçın dəhlizinin blokadasının aradan qaldırılması məsələsinin tərəflər arasında dialoq və dinc yolla tezliklə həll olunacağına ümid etdiyini qeyd edib.
P.S. Qeyd edək ki, 30 il Azərbaycanın Qarabağ bölgəsi erməni işğalı altında olarkən və müsəlman azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırımına məruz qalarkən buna bir dəfə olsun belə səsini çıxarmayan Tehran Respublikası nədənsə indi insan haqlarını xatırlayıb və Qarabağda yaşayan ermənilərin dərdini çəkməyə başlayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.207463