İran: "İSRAİLLƏ RAZILAŞMAMIŞIQ"
2025-06-24 09:37:10

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi hələ ölkəsinin İsraillə atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir razılaşmasının olmadığını bəyan edib. Əraqçi bu barədə özünün X səhifəsində bəyanat verib. Nazir yazıb: "Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması barəsində heç bir razılaşma yoxdur. Lakin İsrail rejiminin İran xalqına qarşı qanunsuz təcavüzünü Tehran vaxtı ilə ən geci səhər saat 4-də dayandıracağı təqdirdə, biz də cavab addımlarımızı dayandıracağıq". Əraqçi İrabın hərbi əməliyyatlarını dayandırması barəsində son qərarın sonra veriləcəyini əlavə edib.
Hürr Tərcüman
