İran İsrailin “Spike” tank əleyhinə raketini kopyalayaraq dron üzərində quraşdırıb

2022-09-01 14:57:00

İran İsrailin “Spike” tank əleyhinə raketini kopyalayaraq dron üzərində quraşdırıb

Bu yaxınlarda Ukraynada dərc olunan hesabatda İran İslam Respublikasının İsrailin “Spike” tank əleyhinə raketinin surətini çıxararaq inşasız uçaq üzərində quraşdırdığı iddia edilir.
“Jerusalem Post” qəzetinin yazdığına görə, İranın bu yaxınlarda keçirdiyi pilotsuz təyyarə təliminin görüntülərində onun pilotsuz təyyarələrinin son imkanları görünür. Bu görüntüləri Fars xəbər agentliyi və Ukraynanın “Defense Express” adlı saytı dərc edib.
Son illərdə İran İslam Respublikası öz dronlarının gücünü artırıb. Bununla belə, İranın pilotsuz təyyarələrinin imkanları ilə bağlı bəzi iddiaları sübuta yetirilə bilmir və bu dronların nə dərəcədə uğurlu olduğu həqiqətən də aydın deyil.
Məlumata görə, aydın olan odur ki, bölgədəki yaraqlı və terrorçu qruplar İranın pilotsuz təyyarələrindən istifadə edir və İran həmçinin Afrika, Cənubi Amerika və Mərkəzi Asiyaya dron ixrac edir. Bu yaxınlarda İranın dron texnologiyasının Rusiyaya ötürülməsi ilə bağlı da xəbərlər dərc olunub.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060693