İran İsrailin Məsyaf əməliyyatı ilə bağlı xəbəri təkzib edib
2024-09-13 14:20:22
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tehran İsrailin Suriyanın Məsyaf şəhərinə zərbəsi zamanı İran hərbçilərinin həlak olması barəsində məlumatı təkzib edib.
İranın Dəməşqdəki səfirliyi İsrailin Suriyanın Məsyaf şəhərinə aviazərbələri zamaı İran hərbçilərindən hər hansı birinin yaralanması və ya həlak olması barəsində məlumatları təkzib edib. Səfirliyin X hesabındakı açıqlamada deyilir: "Bu qurumun Suriyanın Məsyaf şəhərinə zərbəsini pisləyirik. Həmin zərbə İran müşavirlərindən birinə də toxunmayıb. Bəya edirik ki, bu iddialar yalandır və yalnız onların idarə elədiyi anonim medialar tərəfindən dərc edilir".
Hürr Tərcüman