Saat:04:53
Haqqımızda

İran: "İsrailə hücum edəcəyimizi ABŞ-a bildirmişdik"

2024-04-18 12:13:58

İran:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın İsrailə hücuma hazırlaşdığı ilə bağlı diplomatik kanallar vasitəsilə ABŞ-a xəbərdarlıq etdiyini söyləyib. Tehran hücumda məqsədinin İsrailin Hərbi Hava Qüvvələrinin İranın Dməşqdəki konsulluğunu atəşə tutmasına cavab vermək olduğunu  bəyan edib.
Abdullahiyan qeyd edib ki, "Doğru vəd" əməliyyatından sonra İran Birləşmiş Ştatlara bir daha xəbər göndərərək, ölkənin regionda gərginliyi alovlandırmamağa çalışdığını bildirib.
Abdullahiyan deyib: "Biz amerikalılara göndərdiyimiz ismarıclarla açıq şəkildə çatdırdıq ki, prezident başda olmaqla İranın Ali Milli Təhlükəsizlik Şurasının sionist rejimi cəzalandırmaq qərarı qətidir".
İRNA agentliyinin məlumatına görə, İran XİN rəhbəri deyib: "Doğru vəd" cəza əməliyyatından sonra, bazar günü təxminən 2.30 radələrində diplomatik kanallar vasitəsi ilə Birləşmiş Ştatlara növbəti ismarıcımızı göndərərək, regionda gərginliyi alovlandırmağa çalışmadığımızı qeyd etdik".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234408