İran-İsrail müharibəsi başladı - İlk zərbələr - VİDEO
2022-11-23 14:02:00
Dünən Dəməşqdə İsrail xüsusi xidmət orqanları SEPAH Hərbi Hava Qüvvələrinin zabiti Davud Cəfərini məhv edib.
Hurriyyet.az bakupost.az-a istinadən xəbər verir ki, SEPAH bu barədə bu gün səhər saatlarında məlumat yayıb. SEPAH-ın açıqlamasında İsrail tərəfinin bu addımının cavabsız qalmayacağı bildirilib.
İsrail mətbuatının yaydığı xəbərə görə, bu səhər Qüdsdə iki terror aktı həyata keçirilib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
İran tərəfindən maliyyələşdirilən Fələstinin "İslam cihadı" terror təşkilatının sözçüsü Davud Şihab bu “qəhrəmanlıq hərəkəti”ni alqışlayıb. O, bu addımın “düşmən İsrail üçün siqnal” məqsədi daşıdığını bildirib.