İran İrəvanla əl-ələ verir: “Araz” Azad İqtisadi Zonasının məhsullarının Ermənistan və Rusiyaya ixracı sadələşdirilir

2022-09-02 16:00:00

İran İrəvanla əl-ələ verir: “Araz” Azad İqtisadi Zonasının məhsullarının Ermənistan və Rusiyaya ixracı sadələşdirilir

İranın “Araz” Azad İqtisadi Zonasının məhsullarının Ermənistan və Rusiyaya ixracı sadələşdirilir. Belə ki, “Araz” Azad İqtisadi Zonasının baş direktoru Məcid Kiyani İran-Ermənistan Birgə Ticarət Palatasının sədri ilə görüşdə sözügedən iqtisadi zonada, xüsusən də Ermənistanla Norduz gömrük-keçid məntəqəsində kommersiya nöqteyi-nəzərindən infrastruktur və logistik imkanlarını təqdim edib və deyib:

“İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 17-ci iclasında çox vacib məsələlər qaldırılıb, lakin yuxarıda qeyd olunan məsələlərdən yalnız bir neçəsi həyata keçirilib və onların icrası üçün əməliyyat planı tərtib edilməlidir”.
“İranın Ermənistandakı səfirliyi və İran-Ermənistan Birgə Ticarət Palatası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsində və texnologiyanın ötürülməsində mühüm rol oynaya bilər”,-deyə o əlavə edib.
“Araz” Azad İqtisadi Zonasının, eləcə də Ermənistanın potensial və imkanlarının tərəflərə lazımınca təqdim olunmadığına diqqət çəkən Məcid Kiyani habelə bildirib: “Məhz bu amil işgüzar münasibətlərdən tam yararlana bilməməyimizə səbəb olub”.
Görüşdə İran-Ermənistan Birgə Ticarət Palatasının rəhbəri Hervik Yarıcanyan da qeyd edib: “Mehri müştərək azad iqtisadi zonasını yaratmaqla həm Ermənistan zavodlarına lazımı xammalın satışından, həm də xammal tədarükündən faydalanmaq olar”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069918