İran-İraq sərhədləri Ərbəin zəvvarlarının üzünə bağlandı

2022-09-09 14:30:00

İran-İraq sərhədləri Ərbəin zəvvarlarının üzünə bağlandı

İran hökumətinin “Ərbəin yürüşü” mərasiminin təşkilinə hazır olması ilə bağlı geniş təbliğatına baxmayaraq, sentyabrın 9-da bildirilib ki, iranlıların İraqla sərhəd-keçid məntəqlərinə aparan bütün yollar “qeyri-kafi imkanlar, əhalinin çoxluğu və isti hava şəraiti” səbəbindən müvəqqəti olaraq bağlanıb.
Bu barədə məlumat verən İranın “Ərbəin” mərkəzi qərargahının rəhbəri əlavə edib: “Mövcud vəziyyətin davam etməsi mütləq zəvvarların sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Eyni zamanda, İranın pasport idarəsinin rəsmisi bu gündən etibarən xüsusi Ərbəin pasportlarının verilməsinin dayandırıldığını qeyd edərək, İraq sərhədlərinə doğru hərəkət edən iranlılardan öz şəhərlərinə qayıtmağı istəyib.
Məhəmməd Şərəfi əlavə edib ki, "diplomatik səylərə və fəaliyyətlərə" baxmayaraq, əlverişli şəraitin təmin edilməsi "İraq tərəfdən mümkün olmayıb".
Halbuki, İranın bir sıra rəsmiləri daha öncə Ərbəin mərasimi üçün İraqa gedən iranlıların sayının “5 milyon nəfərə” çatacağını təxmin etmişdilər.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062999