Saat:04:42
Haqqımızda

"İran ilk növbədə işğalçıya hansı münasibət göstərdiyinə baxmalıdır” - POLİTOLOQ

2021-09-23 13:24:00

"Azərbaycanın 30 ildən sonra ərazilərini azad etməsi bölgədə yeni geosiyasi nizamın əsasını qoydu. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan hərbi əlaqələrinin yeni müstəviyə çıxarması Ankaranın Cənubi Qafqazdaki mövqeyini gücləndirdi. Azərbaycanın güclənməsi və ərazilərini işğaldan azad etməsi bir sıra ölkələr kimi, qonşu İranı da narahat edir. İran son davranışları ilə indiyədək Azərbaycana qarşı qeyri-səmimi olduğunu aşkar formada sübut etdi"

Bunu "Hürriyyət.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, 1991-i ci ildən İranın Ermənistanla sıx əməkdaşlıq etdiyini deyib:

"Tehranın narahatlığının əksinə olaraq, Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri İrana qarşı yönəlməyib. Amma Tehran bunu özünə qarşı təhdid hesab edərək, Azərbaycan sərhədləri yaxınlığında hərbi manevrlər edir. İran bu təlimlərdə yenə də İsrail əleyhinə şüarlar səsləndirərək, Təl-Əvivin Azərbaycanla münasibətlərini gündəmə gətirir. Qeyd edim ki, Azərbaycan-İsrail əlaqələri 1997-ci ildən yaranıb. Amma İran 1991-ci ildən Ermənistanla sıx əməkdaşlıq edərək, Qarabağın işğal olunmasında ona dəstək verib və işğalçının yeganə nəfəsliyi olub. Yəni İsrail-Azərbaycan əlaqələrindən narahat olan İran ilk növbədə işğalçıya hansı münasibət göstərdiyinə baxmalıdır”.

YƏHYA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR