İran hökuməti İsraili qısas əməliyyatı ilə hədələdi

2022-06-24 14:14:00

İran hökuməti İsraili qısas əməliyyatı ilə hədələdi

İran XİN-in sözçüsü İsrailin XİN naziri Yair Lapidin Türkiyədə səsləndirdiyi bəyanatlara cavab verib və İsrailin terror əməliyyatlarına cavab verəcəklərini deyib. Səid Xətibzadə Türkiyə rəsmilərinin bu ölkədə İrana bağlı terrorçuların saxlanılması barədə bəyanatlarına toxunmadan baş verən son hadisələri İran və Türkiyə münasibətlərinə xələl gətirmək cəhdi adlandırıb.

O, bundan İran rəsmilərinin səsləndirdiyi fikirləri təkrar edərək İsrailin addımlarına qarşı laqeyd qalınmayacağını və qısas alınacağı barədə iddialar səsləndirib.
Qeyd edək ki, iyunun 23-də İsrailin xarici işlər naziri Yair Lapid və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə hər iki tərəf İran təhdidinə toxunub.
“Bu, İran terroru tərəfindən Türkiyənin suverenliyinin açıq şəkildə pozulmasıdır. Əminik ki, Türkiyə bu məsələdə iranlılara necə cavab verəcəyini bilir”-deyə, İsrailin xarici işlər naziri qeyd edib.
Qeyd edək ki, son günlər İrana bağlı terrorçuların Türkiyədə İsrail vətəndaşlarına qarşı sui-qəsd planlaşdırdıqları və bir neçə İran terrorçusunun həbs edildiyi barədə İsrail və Türkiyənin təhlükəsizlik rəsmiləri bəyanatlar yayıblar.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya