Saat:04:42
Haqqımızda

"İran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-09-28 15:18:00

"Tehranın Türkiyə-Azərbaycan tandeminə qarşı hər hansı bir fəaliyyəti müsbət nəticə verməyəcək"

"Ötən gün dövlət başçısı cənab İlham Əliyev "Anadolu" agentliyinə verdiyi müsahibədə İranla bağlı konkret mesajlar verdi. Tehran bundan sonrakı siyasətində korrektələr etməsə, Azərbaycan ciddi addımlar atacaq". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, İranın hərbi təlimləri və Qarabağdakı kiçik bir ərazidə ermənilərə müntəzəm lojistik dəstəyi Azərbaycana qarşı təzyiq aləti idi: "İranın təlimləri Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Tehran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. Hərbi təlimlər də məhz bu səbəbdən keçirilir. Ona görə də prezident İlham Əliyev sərt şəkildə İranın bu siyasətini tənqid etdi".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılmasını özünə qarşı fəaliyyət kimi xarakterizə edir: "Ona görə də narahatdır. İranın Türkiyə-Azərbaycan tandeminə qarşı hər hansı bir fəaliyyəti müsbət nəticə verməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR