İran Güney Azərbaycan bölgələrinə niyə "ögey" münasibət göstərir-Onlar Güney Azərbaycanın İranın tərkibində çox qalmayacağını düşünürlər?

2022-07-27 15:12:00

İran Güney Azərbaycan bölgələrinə niyə

İran hakimiyyətinin Güney Azərbaycan bölgələrinə "ögey münasibət" bəsləməsinin səbəblərini şərh edən və vəziyyəti, "İran rəsmiləri Azərbaycana ögey bölgə kimi baxırlar" ifadələri ilə təsvir edən Şərqi Azərbaycan əyalətinin keçmiş başçısı Məhəmmədəli Sübhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə yad münasibəti və ayrı-seçkiliyi barədə çıxışı sosial mediada geniş yayılıb.
Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, başqa bölgələrə nisbətən ayrı-seçkiliklə üzləşdiyini deyən Subhanullahi bu günədək əldə edilən uğurların yalnız Azərbaycanın özünün qazandığını, bunun mərkəzə aidiyyatı olmadığını söyləyir.
"Bir vaxtlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib"-deyə, keçmiş vali Azərbaycan və Təbrizin geri saxlanıldığını qeyd edir.
Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti və digər rəsmilər Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu vaxtaşırı dilə gətiriblər. Onlar bunu Azərbaycan bölgələrinin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olduğu ilə əlaqələndiriblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111727