İran geri çəkilməyəcək - ŞOK AÇIQLAMA
2025-03-29 15:36:30

İran İsrailə qarşı “Sadiq vəd III” əməliyyatını həyata keçirməkdə israrlıdır.
Hurriyyet.az xəbər verir ki, bu barədə İranın Ali dini lideri Ayətullah Xamnəinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi açıqlama verib.
Səfəvinin sözlərinə görə, əməliyyatın hələ icra edilməməsi xüsusi səbəblərlə bağlıdır.
O bu gecikməni “strateji baxımdan ağıllı və məqsədyönlü qərar” kimi dəyərləndirib. General vurğulayıb ki, İran bu öhdəliyi yerinə yetirmək niyyətindən geri çəkilməyəcək və prosesə uyğun olaraq lazımi addımlar atılacaq.
Musavat.com
