İran geri çəkildi, dəhlizə nəzarət belə olacaq - Melkonyan
Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına inandıra bilib.
Hurriyyet.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Onun sözlərinə görə, Rusiya və İranın təhlükəsizlik şuralarının katibləri Sergey Şoyqu və Əli Əkbər Əhmədiyanın sonuncu görüşündə məsələ müzakirə olunub:
“Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, İran yolla bağlı Moskvanın mövqeyini başa düşüb, bunu belə oxumaq olar ki, Moskva Tehranı yolun Rusiyanın nəzarəti altında açılmalı olduğuna inandıra bilib.
Rusiyanın iki yolu var. Biri odur ki, kommunikasiyaya özəl təşkilat nəzarət eləsin, bu, Qərb, yaxud Rusiyanın iştirakı deməkdir. Müzakirə olunan ikinci variant bütün kommunikasiyaların Ermənistanın suverenliyi altında olması ilə bağlıdır, amma bunun önəmi yoxdur, çünki Ermənistanla Azərbaycan özəl təşkilat məsələsinə dair danışıqlar aparır.
İran əvvəldən Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir, çünki bu vəziyyətdə istənilən yol çox qısa müddətdə dəhlizə çevriləcək. Həmçinin İran orada Qərb, eləcə də Rusiyanın varlığının əleyhinədir. Açılmamaq variantı istisna olunduğu üçün İran orada Qərbdən çox Rusiyanın varlığına üstünlük verəcək”, - ekspert qeyd edib.
Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına inandıra bilib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Onun sözlərinə görə, Rusiya və İranın təhlükəsizlik şuralarının katibləri Sergey Şoyqu və Əli Əkbər Əhmədiyanın sonuncu görüşündə məsələ müzakirə olunub:
“Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, İran yolla bağlı Moskvanın mövqeyini başa düşüb, bunu belə oxumaq olar ki, Moskva Tehranı yolun Rusiyanın nəzarəti altında açılmalı olduğuna inandıra bilib.
Rusiyanın iki yolu var. Biri odur ki, kommunikasiyaya özəl təşkilat nəzarət eləsin, bu, Qərb, yaxud Rusiyanın iştirakı deməkdir. Müzakirə olunan ikinci variant bütün kommunikasiyaların Ermənistanın suverenliyi altında olması ilə bağlıdır, amma bunun önəmi yoxdur, çünki Ermənistanla Azərbaycan özəl təşkilat məsələsinə dair danışıqlar aparır.
İran əvvəldən Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir, çünki bu vəziyyətdə istənilən yol çox qısa müddətdə dəhlizə çevriləcək. Həmçinin İran orada Qərb, eləcə də Rusiyanın varlığının əleyhinədir. Açılmamaq variantı istisna olunduğu üçün İran orada Qərbdən çox Rusiyanın varlığına üstünlük verəcək”, - ekspert qeyd edib./teleqraf.az/