İran generalları Bakıya gəlir
2023-09-08 16:16:05

Sentyabrın 9-da Bakıda Azərbaycan və İranın müştərək hərbi komissiyası keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Komissiyada iştirak etmək üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından nümayəndə heyətinin Bakıya səfər edəcəyi bildirilib.
Briqada generalı Əmir Əhədinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində müdafiə nazirinin müavini, briqada generalı Seyid Mehdi Fərəhi də var./axar.az/
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya