Saat:14:20
Haqqımızda

İran gəmisinə hücum edilib

2022-08-10 22:51:00

İran gəmisinə hücum edilib

Hurriyyet.az xəbər verir ki, İranın Hərbi-Dəniz Xidməti avqustun 10-dagecə saatlarına Qırmızı dənizdə İranın ticarət gəmisinə hücumu dəf elədiyini bildirib. Bu barədə açıqlamanı Hərbi-Dəniz Xidmətinin operativ idarəsinin rəhbəri, kont-admiral Mustafa Tacəddini verib. Onun sözlərinə görə, ticarət gəmisinin təhlükədə olduğu barəsində siqnal alan “Camaran” esminesi (eskadra mina gəmisi – red.) operativ olaraq hadisə yerinə gedib və katerlərin hücumunu dəf edib. Hücum edən gəmilər geri çəkiliblər. “Arab News” agentliyinin yazdığına görə, kont-admiral deyib: “İntensiv atışmadan sonra hücum edən gəmilər gizləniblər”.

Məhz hansı ticarət gəmisinə və məhz kimlərin hücum elədiyi barəsində konkret məlumat verilməyib. Mətbuatın yazdığına görə, Qırmızı dənizin akvatoriyasının cənubi hissəsində Somali quldurları fəallıq göstərirlər.

2000-2011-ci illərdə Somali quldurlarının hücum dalğasından sonra Tehran Aden körfəzindəki hərbi-dəniz varlığını gücləndirməyi qərara alıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR