İran FİFA-ya şikayət elədi – “ABŞ komandası diskvalifikasiya edilsin”
2022-11-28 17:05:00
Hurriyyet.az “Gardian” nəşrinə istinadla xəbər verir ki, İran Futbol Federasiyası bayraqla qalmaqallı foto çəkdirdikləri üçün ABŞ yığmasının 10 oyunluğa diskvalifikasiya edilməsini tələb edib.
ABŞ-ın futbol üzrə yığma komandasının mətbuat xidməti İran bayrağının İran Respublikasının emblemi olmayan bayraqlarını dərc edib. İran Futbol Federasiyasının şikayəti FİFA-nın etika komitəsinə göndərilib.
ABŞ millisinin mətbuat xidməti isə İranın rəsmi bayrağından imtina eləmək qərarını “təməl insan hüquqları uğrunda mübarizə aparan İran qadınlarına dəstək” addımı kimi qiymətləndirib.
Hürr Tərcüman