İran Ermənistanla daha fəal əməkdaşlıq edəcək - Ermənistan KİV

2022-12-29 11:26:00

İran Ermənistanla daha fəal əməkdaşlıq edəcək - Ermənistan KİV

Tehran İrəvanla münasibətləri dərinləşdirməkdə qərarlıdır, çünki bu regionda İrana öz mövqelərini möhkəmləndirməkdə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistan kömək edə bilər. İran onsuz da pozulmuş qüvvələr balansını poza biləcək hər hansı geosiyasi dəyişikliklərdən qorxur.

Hurriyyet.az Bizimyol.info-a istinadla xəbər verir ki, iranlı analitik Ermənistan mətbuatına müsahibəsində qeyd edi ki, son hadisələr fonunda Tehran bir daha bəyan edib ki, sərhədlərində hər hansı bir dəyişikliyin əleyhinədir.

Onun sözlərinə görə, Tehran hazırkı çətin vəziyyətdən çıxış yolunun Yerevanla əməkdaşlığı artırmaqdan keçəcəyinə inanır, ona görə də 2023-cü ildə bu istiqamətdə daha fəal siyasət yürütməyi planlaşdırır.

"Tehran Ankaranın Cənubi Qafqazda təsirini genişləndirmək planlarından narahatdır və onun strategiyasında yer alan pantürkist mesajı iranlılar öz təhlükəsizliklərinə təhdid kimi qiymətləndirirlər. Bu səbəbdən İrəvanla Bakının qarşıdurmasına Tehran sadəcə sərhəd mübahisəsi kimi baxır. İran tərəfi anlayır ki, Zəngəzur dəhlizi açılsa, həmçinin Laçın dəhlizinə nəzarət yaradılsa belə, Azərbaycan və Türkiyə bununla məhdudlaşmayacaq və təsirlərini gücləndirmək üçün yeni addımlar atacaqlar.

Ermənistanla sərhədin dəyişdirilməsinin əleyhinə danışan İran rəhbərliyi təkcə öz təhlükəsizliyinin qayğısına qalmır: Zəngəzur dəhlizinin açılması onu Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxışdan məhrum edəcəyini düşünür", - deyə o qeyd edib.

Onun sözlərinə görə, İran Azərbaycanla İsrail arasında əməkdaşlığın dərinləşməsindən də narahatdır.

Ekspert əmindir ki, Ermənistan mövcud vəziyyətdən istifadə etməlidir. Xüsusilə, İrəvan Tehrana güc balansını bərpa etməyə, Ankara və Bakının regionda təsirini yumşaltmağa kömək etməlidir.

P.S: Əgər İran Ermənistan kimi qeyri-stabil siyasət yürüdən bir dövlətin köməyinə möhtac qalıbsa, deməli, vəziyyət həddən artıq çətindir. İranın Qara dənizə və Avropaya daha sərfəli çıxış yolları ola bilər, əlbəttə o, türk zolağını "erməni qayçısı" ilə kəsmək xülyasından əl çəkərsə.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155018