İran: “Ermənistanın sərhədlərinə qarşı təhdidə xüsusi müqavimət göstərəcəyik”

2022-09-15 22:49:00

İran: “Ermənistanın sərhədlərinə qarşı təhdidə xüsusi müqavimət göstərəcəyik”

Hurriyyet.az “Yerevan Today” saytına istinadla xəbər verir ki, İran İslam Respublikasının Ermənistandakı səfirliyi İranın İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcəyini bildirib.

Səfirliyin Ermənistanın İctimai televiziyasına açıqlamasında deyilir: “İran İslam Reslublikası Qafqaz regionunda baş verən hadisələrə münasibətində və iki qonşu dövlətlərə –  Ermənistan Respublikası ilə Azərbaycan Respublikasına münasibətində həmişə öz mövqeyini müxtəlif səviyyələrdə aydın şəkildə ifadə edib”.

“Yerevan Today” yazır: “İranın Ali inqilab liderinin Rusiya və Türkiyə liderləri ilə görüşünü işıqlandıran xəbərlərdə də deyildiyi kimi, İran qonşu ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin pozulmasına qarşıdır və iki qonşu xalqı birləşdirən tarixi yol olan İran-Ermənistan sərhədinə zərər verəcək istənilən ssenariyə qarşı xüsusi müqavimət göstərəcəkdir”.

İranın Ermənistandakı səfirliyinin açıqlamasında deyilir: “Bizim bu prinsipial mövqeyimiz İran Prezidenti ilə Ermənistanın Baş nazirinin arasındakı telefon söhbəti zamanı təkrar edilib

İranın Xarici İşlər naziri Əmir Abdullahiyan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı Ermənistanla Azərbaycan arasındakı yeni toqquşmalarla bağlı narahatlığını və problemin sülh yolu ilə həllini dəstəkləməyə hazır olduğunu bildirib, qətiyyətlə vurğulayıb ki, İran üçün hər iki qonşunun ərazi bütövlüyünün saxlanması vacibdir və İran-Ermənistan sərhədi tarixi kommunikasiya yoludur və dəyişməz olaraq qalmalıdır”.

P.S. Ermənistan-İran sərhədi Araz çayı boyunca uzanır, uzunluğu 35 km-dir. Bu həm Ermənistan, həm də İran üçün ən qısa dövlət sərhədidi. Lakin bunun Ermənistan üçün böyük iqtisadi əhəmiyyəti vardır. İki ölkə bir qaz kəməri və Araz üzərindəki bir körpü ilə birləşdirilir. Ermənistanda sərhəd yaxınlığında Meğri və Əkərək şəhərləri var. Sərhəd Azərbaycanın Naxçıvan Muxtar Respublikası  ilə sərhəd qovşağından başlayır və Azərbaycanın Zəngilan rayonu istiqamətdə İranla sərhəd qovşağına qədər davam edir. Həmin ərazilər tarixi Zəngəzur ərazisidir.

Prezident İlham Əliyev: “...Zəngəzur 1920-ci ildə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi...”.

Bu sitatı gətirməkdə məqsədimiz erməni mətbuatının xəbərində vurğulanan “tarixi sərhəd” ifadəsinin tarixini xatırlatmaqdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057456