Saat:05:38
Haqqımızda

İran Ermənistanı Rusiyanın qaz asılılığından qurtarmaqla nəyi hədəfləyir...

2022-05-17 17:04:00

İran Ermənistanı Rusiyanın qaz asılılığından qurtarmaqla nəyi hədəfləyir...

İran, Türkmənistan qazını svop-sistem çərçivəsində Ermənistana nəql etməyə hazırdır. İranın Neft naziri Cavad Oji "Shana" agentliyinə müsahibəsində bildirib ki, artıq bu yöndə danışıqlar aparılır.
Onun sözlərinə görə, bugünkü danışıqlarda Ermənistan ərazi idarəetmə naziri ilə qaz ixracının artması üçün sərfəli müqavilələr əldə edilib. Xatırladaq ki, hələ 2020-ci ilin yanvar ayında Ermənistan svop yolu ilə qazın alınması ilə bağlı Türkmənistan və İranla danışıqlara başladı. Layihə nəzərdə tutur ki, Aşqabad İran şimal əyalətlərinə yanacaq təmin edəcək və Tehran öz növbəsində öz qazını İrəvana çatdıracaq.

P.S. İranın ikili oyunu Ermənistanı həm Rusiya qazından asılı olmaqdan qurtarmağa, həm də İrəvanı enerji təminatını təşkil etmək üçün Azərbaycana yaxınlaşmağın qarşısını almağa hesablanıb. Bu səbəbdən İran nəinki ikili, hətta üçlü oynayır. Rusiyanın regional zəifləməsindən istifadə edib Ermənistanda təsirini qaz asılılığı müstəvisində möhkəmləndirməyə çalışmaqla Rusiyaya da rəqib halına gəlir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR